Krım tatarları İlham Əliyevdən kömək istədilər

20:01 | 06.03.2014
Krım tatarları İlham Əliyevdən kömək istədilər

Krım tatarları İlham Əliyevdən kömək istədilər

Krım tatarları Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək ondan imkanlarından və Rusiya prezidenti Vladimir Putinlə əlaqələrindən istifadə edərək onlara kömək etməsini xahiş ediblər. Bunu Krım tatarlarının lideri, Krım Tatarları Məclisinin sabiq sədri, Ukraynanın xalq deputatı Mustafa Cemilov deyib: “Bizim xalq bir dəfə öz doğma torpaqlarından sürgün olunub və biz həmin fəlakətin təkrarlanmasını istəmirik. Ona görə də kömək üçün İlham Əliyevə, Abdulla Gülə və Nursultan Nazarbayevə müraciət edirik: Öz krımlı qardaş və bacılarınızı bu çətin vaxtda tək qoymayın. Biz bütün dünyadan kömək tələb edirik. ("virtualaz.org")ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM