Krıma gedən müsavatçıları Rusiyada saxladılar

12:32 | 10.03.2014
Krıma gedən müsavatçıları Rusiyada saxladılar

Krıma gedən müsavatçıları Rusiyada saxladılar

Arif Hacılı APA-nın müxbirinə “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. 

O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: “Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar”.  

Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM