Naməlum şəxslər Simferopoldakı Krım Yanacaq-Sürtkü Yağları bazasına hücum ediblər. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım media-mərkəzinin müdiri Vladislav Seleznyov öz Facebook səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, 10-15 maşın bazanın ərazisinə daxil olub və naməlum şəxslər oradakı benzini çıxarmağa başlayıblar:
"Bu gün axşam saatlarında Krımın Yanacaq-Sürtkü Yağları bazasına 25 naməlum və 8 silahlı şəxs daxil olub. Əldə edilən yanacağın hara aparılacağı məlum deyil".
O, həmçinin qeyd edib Krımın yanacaq bazasının müdafiəsi üçün gecə silahlı atıma baş verib.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !