Odessada və Ukraynanın digər cənub-şərq bölgələrində ölənlərin xatirəsinə Krımda ümgünlük matəm elan edildi.
ANS PRESS-in məlumatına görə, respublikanın rəhbəri Sergey Aksenovun bu sərəncamı şənbə günü axşam saatlarında imzalayıb.
Sərəncamda qeyd edilir ki, 3, 4, və 5 may günləri Krımda matəm günləri elan olunur. Matəm bu bölgələrin qəhrəmancağına öz həmrəyliklərini göstərərkən həyatlarını itirən günahsız sakinlərin xatirəsinə hörmət əlaməti olaraq elan edilir. Ölənlərin yaxınlarına və əzizlərinə isə dərin hüznlə baş sağlığı verilir.
Krımın bütün ərazisində respublikanın bayraqları endirlib. Hakimiyyət orqanlarına, yerli idarəetmə orqanlarına, teleradio şirkətlərinə və mədəniyyət müəssisələrinə Zəhmətkeçlərin həmrəylik günü ilə bağlı planlaşdırılmış bayram tədbirlərini, habelə əyləncəli verilişləri təxirə salmaq göstəriş verilib.
Xatırladaq ki, 2 mayda Odessada Ukrayna tərəfdaşları ilə rusiyayönlü separatçılar arasındakı toqquşmada 46 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hadisələrlə bağlı Odessa milisi 130 nəfəri saxlayıb.
ANS PRESS