Krımda müsəlman muxtariyyəti olacaq?

21:04 | 29.03.2014
Krımda müsəlman muxtariyyəti olacaq?

Krımda müsəlman muxtariyyəti olacaq?

Ukraynanın Krım Muxtar Respublikasında yaşayan tatarların qeyri-rəsmi parlamenti olan Krım-Tatar Məclisi tatar muxtariyyəti yaratmaq barədə qərar qəbul edib.

 

Milli.Az UNİAN-a istinadən bildirir ki, bunu Məclisin sədri Refat Çubarov deyib.

 

"Rusiya Federasiyasının Konstitusiyası və Rusiya subyektlərinin regional qanunlarını öyrəndik. Biz də milli müqəddaratın təyin olunması hüququnu tələb etmək niyyətindəyik", - R.Çubarov deyib.

 

Krım tatarlarının hansı sərhədlərdə muxtariyyət yaratmaq istədikləri bəlli deyil. Refat Çubarovun sözlərinə görə, Məclis Rusiya və Ukrayna ilə yanaşı, BMT, Avropa Şurası və ATƏT ilə danışıqlar aparmaq niyyətindədir.

 

Refat Çubarov belə bəyanatla Baxçasarayda keçirilmiş qurultayda çıxış edib. Qurutlayda Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin və Tatarıstan prezidenti Rüstəm Minnixanov da iştirak ediblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti