Ukrayna hökuməti Rusiyanın Krımda nüvə silahı yerləşdirəcəyinə dair bəyanatı ilə əlaqədar narahatlığını ifadə edib. Ukraynanın xarici işlər naziri Pavlo Klımkin Birləşmiş Millətlər Təşkilatının iclasında çıxışı zamanı qeyd edib ki, Rusiyanın bu addımı Nüvə Silahının Yayılmasının Önlənməsinə dair müqaviləyə ziddir.
Bir qədər əvvəl Rusiya hökuməti Krımda nüvə silahları yerləşdirmək hüququna malik olduğunu bildirmişdi.
"Biz Rusiyanın təcavüzlərinə son qoymaq üçün beynəlxalq fiqurları Ukraynaya dəstək olmağa çağırırıq. Rusiyanın Krımda nüvə silahı yerləşdirmək istəyi insanları narahat etməyə bilməz. Bu planın icrası Ukraynanın qeyri-nüvə ölkəsi statusunu pozacaq. Rusiya bununla, həmçinin, Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında öhdəliklərini yerinə yetirməmiş olur”.
Klımkin, eyni zamanda, Ban Ki Munun 9 may qələbə günü ilə əlaqədar Rusiyaya planlaşdırılan səfərini tənqid edib. Nazir qeyd edib ki, Ban Ki Munun BMT-nin qanunlarını pozan Rusiyaya səfəri yalnış ismarış olardı.//ANS
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !