Bu barədə bu gün yayılmış məlumat izləyicilərin böyük marağına səbəb olub
Krımın yeni cazibədar prokuroru Nataliya Poklonskayada dişlərini qıcayaraq danışmaq adəti döyülməsindən sonra yaranıb.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə bu barədə yayılmış məlumatda bildirilir ki, prokuror xanımdan içəri göndərdiyi cinayətkarların “həmkarları” qisas alıblar.
2011-ci ildə Poklonskaya Krım Ali Radasının keçmiş deputatı, “Tavriya” futbol klubunun keçmiş direktoru Ruvim Aronovun işi üzrə dövlət ittihamçısı olub. Söhbət 1990-2000-ci illərdə Krımda reket, qarət və qətllərlə məşğul olan cinayətkar “Başmaki” qruplaşmasına qarşı qaldırılmış cinayət işindən gedir. Ruvim Aronovun tutulmasında əsas rolu oynadığına görə, Nataliya Poklonskaya “Başmaki” qrupunun üzvləri tərəfindən döyülüb.
Bu barədə “pikabu” portalında bu gün yayılmış məlumat izləyicilərin böyük marağına səbəb olub.
ANN.Az