Moskvada Krım və Sevastopolun Rusiya Federasiyasına birləşdirilməsinə dair saziş imzalanıb.APA-nın məlumatına görə, sənədə Rusiya prezidenti Vladimir Putin, Krımın Ali Şurasının sədri Vladimir Konstantinov, Krımın baş naziri Sergey Aksyonov və Sevastopol şəhərinin meri Aleksey Çalıy imza atıblar. Qeyd edək ki, sazişin imzalanması mərasimi Kremldə Putinin Rusiya Federasiya Şurasına müraciətindən sonra baş tutub. Müvafiq sənəd Rusiya Federasiyası tərkibində iki yeni subyektin yaradılmasını nəzərdə tutur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !