Krımoğlu: “Krım 3 ildən sonra azad olacaq”

16:07 | 07.06.2014
Krımoğlu: “Krım 3 ildən sonra azad olacaq”

Krımoğlu: “Krım 3 ildən sonra azad olacaq”

“Krım yalnız 2-3 ildən sonra Rusiya işğalından canını qurtara biləcək”. Axar.az xəbər verir ki, bu sözləri Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib. O, işğalçıların onun Krıma daxil olmasına yenə də imkan verməyəcəklərini bildirib: “İşğalçıların bizim torpaqlarda yerləşməsi 2-3 aydan 2-3 ilə kimi qiymətləndirilir. Mən bilirəm ki, beynəlxalq ictimaiyyətin təzyiqinə baxmayaraq, mənim Krıma daxil olmağıma yenə də imkan verməyəcəklər”. Mustafa Krımoğlu Polşada ABŞ prezidenti Barak Obamayla görüşündə Krım haqqında söylənilən mövcud fikirlərlə bağlı narahatlığını da bildirib: “Mən qorxuram ki, Rusiya Ukraynanın şərq bölgələrinə hərəkət etməsini dayandırsa, Qərb Krımı unudacaq. Bu, bizim üçün faciə ola bilər. Lakin Obama əmin etdi ki, heç bir halda təcavüzkar işğal olunmuş torpağın 1 kvadratmetrini belə özlərində saxlaya bilməz”.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM