Keysəriyyə yolu ilə dünyaya gələn uşağı ana özü öz qarnından çəkib çıxarıb.
ANN.Az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu qəzetlərindən biri olan "Bild" yazıb. Hannover şəhərinin Bad Oeynhausen qəsəbəsində yerləşən Qadın Doğum Klinikasında keysəriyyə yolu ilə dünyaya gələn körpəsini ana öz əlləri ilə qarnından çəkib çıxarıb.
Klinikanın baş həkimi doktor Manfred Şmit bu yeniliyin tətbiqi üçün uzun müddətdir araşdırma apardığını bildirib.
Klinikaya doğuş sancıları ilə daxil olan 30 yaşlı ana Oksana Kaiser doktorun və onun tibbi personalınını yardımı ilə keysəriyyə əməliyyatı zamanı öz körpəsini qarnından çıxarmağa razılıq verib və bütün bu proses videoya alınıb. 5-ci dəfə ana olan Oksana birinci uşağını keysəriyyə yolu ilə, digər üçünü isə normal doğuşla dünyaya gətirib. Dünyada ilk dəfə olaraq özü qarnından çıxardığı beşinci övladı 4.100 qramdır və 57 sm boyu var.
Alman qəzetinin yazdığına görə, əməliyyat 1 saat 30 dəqiqə davam edib. Uşaq və anasının səhhəti qənaətbəxşdir. Həkim bu üsulla dünyaya uşaq gətirməyin ana-övlad münasibətlərinə, eləcə də ana olmaqdan qorxanlar üçün müsbət nümunə ola biləcəyini deyib.
Qeyd edək ki, bəzi keysəriyyə əməliyyatları zamanı ana tam narkoz altında olur, bəzən isə beldən aşağı keyləşdirilir. Beldən aşağı narkoz vurulduqda ananın şüuru yerində olur.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !