Tibb aləmində çox önəmli hadisə baş verib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Kubada QİÇS-li hamilə qadından xəstəliyin uşağa keçməsinin qarşısı halları haqqında məlumat yayıb.
Qurumun hesabatlarında hər il 1 milyon 400 min QİÇS-li qadının hamilə qaldığı qeyd olunur. Bəzi hallarda uşağın doğum və ya əmizdirmə dönəmində virusun keçmə riski 45 faiz artır.
Amma Kubada ixtira olunan dərman bu riskin 1 faizə qədər aşağı enməsinə səbəb olub. ÜST direktoru Margaret Çan bu önəmli hadisəni xəstəliklə mübarizə tarixində böyük dəyişiklik kimi xarakterizə edib: "Bu QİÇS-siz bir nəslin yetişdirilməsi üçün çox əhəmiyyətlidir".
Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing: Acquired Immune Deficiency Syndrome) - İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.
HİV virusu qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda HIV pozitiv şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülmüşdür. Yoluxma baş verdikdən ən az 3 ay sonra aparılan ELISA testləri ən doğru nəticəni göstərir.
QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir.
Cinsi yolla – xüsusilə də, paraseksual (qeyri-təbii) əlaqələr zamanı.
Damardaxili inyeksiyalar yolu ilə – narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
Transplasentar yolla – xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !