• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

Külək güclənir - Nazirlikdən xəbərdərlıq

Külək güclənir - Nazirlikdən xəbərdərlıq
31.03.2023 08:46
Martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 18-23 metr olacağı, arabir 25-30 metrə çatacağı, martın 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 metrədək güclənəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 31-i gün ərzində havanın fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi proqnozlaşdırılır.
 
Martın 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var.Y ağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.
 
Martın 30-da şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimal edilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.
 
Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, arabir 25-30 metr/saniyəyə çatacaq, martın 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 metr/saniyəyədək güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° enəcək.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlılar ən çox Türkiyədə insan alveri qurbanı olub
Cəmiyyət 13:48
Azərbaycanlılar ən çox Türkiyədə insan alveri qurbanı olub
Azərbaycanlılar ən çox Türkiyədə insan alveri qurbanı olub
Cəmiyyət 13:48
Azərbaycanlılar ən çox Türkiyədə insan alveri qurbanı olub
Altmış zəvvara qarşı dələduzluq etməkdə şübhəli bilinən şirkətin qadın rəhbəri həbs edilib
Cəmiyyət 13:26
Altmış zəvvara qarşı dələduzluq etməkdə şübhəli bilinən şirkətin qadın rəhbəri həbs edilib
Sabah hava yağıntılı olacaq
Cəmiyyət 12:42
Sabah hava yağıntılı olacaq
Xankəndidə ikinci məktəbin tikintisi planlaşdırılır
Cəmiyyət 11:53
Xankəndidə ikinci məktəbin tikintisi planlaşdırılır
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
Cəmiyyət 11:48
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
Sığınacaqların sayının artırılmasına ehtiyac var
Cəmiyyət 11:22
Sığınacaqların sayının artırılmasına ehtiyac var
Transmilli qüvvlərə qarşı mübarizəni gücləndirmək lazımdır - Deputat
Cəmiyyət 11:07
Transmilli qüvvlərə qarşı mübarizəni gücləndirmək lazımdır - Deputat
İnsan alveri qurbanlarının 80%-i sosial şəbəkələrdə aldadılır - Mehriban Zeynalova
Cəmiyyət 11:00
İnsan alveri qurbanlarının 80%-i sosial şəbəkələrdə aldadılır - Mehriban Zeynalova
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol