• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Kamal Abdulla Rusiyanın məşhur mükafatını aldı

Kamal Abdulla Rusiyanın məşhur mükafatını aldı
31.03.2016 14:40
Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın Rusiyanın məşhur "Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən "Platon, deyəsən, xəstələnib...” ("Plаton, каjеtsya, заbolel...”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - "Qızıl Delviq”ə layiq görülüb.

Azərtac xəbər verir ki, Rusiyada geniş oxucu kütləsinin və ədəbi cameənin diqqətini çəkən bu kitab intellektual nəsrin inkişafına verdiyi töhfələrə görə dəyərləndirilib.

Martın 23-də müəllif Kamal Abdullaya təqdim olunan mükafat "Literaturnaya qazeta”nın ilk baş redaktoru, klassik rus şairi Anton Delviqin adını daşıyır.

"Müasir nəsr” nominasiyasında qalib olan yazıçı Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə "Qızıl Delviq” mükafatını qazandırıb.

Qeyd edək ki, bu, yazıçı Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır. 2015-ci ildə yazıçının İtaliyada nəşr olunan "Yarımçıq əlyazma” romanı bu ölkənin məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Mədəniyyət 03:17
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Bu gün Milli Musiqi Günüdür
Mədəniyyət 10:22
Bu gün Milli Musiqi Günüdür
Kamal Abdulla Rusiyanın məşhur mükafatını aldı
Mədəniyyət 14:40
Kamal Abdulla Rusiyanın məşhur mükafatını aldı
Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı və mahnısı açıqlandı
Mədəniyyət 12:15
Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı və mahnısı açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol