• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

İstedadlı heykəltaraş Samir Qaçayevin əziz xatirəsinə - FOTOLAR

İstedadlı heykəltaraş Samir Qaçayevin əziz xatirəsinə - FOTOLAR
06.04.2016 19:00
Rüstəm Qasımov 

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bu təhsil ocağının məzunu, Qarabağ döyüşlərində şəhid olunmuş Samir Qaçayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. 22 yaşlı gənc Tərtər rayonunda baş verən döyüşlərdə şəhid olub. Vətənin əziz oğlu Şamaxı rayonunun doğma Məlhəm kəndində dəfn edilib. 

Tədbirdə Samirlə vidalaşmaq üçün və onun xatirəsini anmaq üçün dostları, doğmaları və yaxınları əllərində gül-çiçəklə gəlmişdilər. Gözləri yaşlı insanlar hələ də Samirin yoxluğuyla barışa bilmirdilər. Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxışında bu sözləri dedi: "Biz baş verənlərdən sarsılmışıq, hisslərimizi boğmaq çətindir... Bizim tələbələrimiz çox olub,  Samir də istedadıyla seçilən heykəltaraş, tərbiyəli və vergili insan idi. O, Azərbaycanın azadlığı uğrunda şəhid oldu. Allah rəhmət eləsin". 

Tədbirdə Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş Samir haqqında film göstərildi, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan rejiminə qarşı etirazlar edildi. 

ANN.Az portalı Qarabağ döyüşlərində həlak olmuş əsgərlərimizin ailələrinə, yaxınların, dostlarına baş sağlığı verir. 

Allah rəhmət eləsin. 

Sonda oxucularımıza Samir Qaçayevin sənət işlərini təqdim edirik, fotolar onun şəxsi arxivindəndir. 
 


























 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Mədəniyyət 05:44
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Akva Floriya: İstanbulun nəhəng tematik akvariumu - FOTOREPORTAJ
Mədəniyyət 20:31
Akva Floriya: İstanbulun nəhəng tematik akvariumu - FOTOREPORTAJ
Ədalətdən uzaq
Mədəniyyət 09:24
Ədalətdən uzaq "Ədalət parkı" - FOTOLAR
Rövşən Ənsari:
Mədəniyyət 15:20
Rövşən Ənsari: "İlk dəfədir beynəlxalq sərgidə iştirak edirəm" - FOTOREPORTAJ
Leyla Hüseynova: “Sənətlərin ən gözəli rəssamlıqdır” – MÜSAHİBƏ
Mədəniyyət 12:51
Leyla Hüseynova: “Sənətlərin ən gözəli rəssamlıqdır” – MÜSAHİBƏ
Daxildən baxış: Viktoriya və Albert muzeyi - REPORTAJ
Mədəniyyət 16:28
Daxildən baxış: Viktoriya və Albert muzeyi - REPORTAJ
Nadir Əbdürahmanovun “Rəsm və qrafika” albomu - FOTOREPORTAJ
Mədəniyyət 22:00
Nadir Əbdürahmanovun “Rəsm və qrafika” albomu - FOTOREPORTAJ
Sabinə Səfərova: “Mənimçün rəsmdə iki Allah var – Van Qoq və Klod Mone” - MÜSAHİBƏ
Mədəniyyət 16:23
Sabinə Səfərova: “Mənimçün rəsmdə iki Allah var – Van Qoq və Klod Mone” - MÜSAHİBƏ
İstedadlı heykəltaraş Samir Qaçayevin əziz xatirəsinə - FOTOLAR
Mədəniyyət 19:00
İstedadlı heykəltaraş Samir Qaçayevin əziz xatirəsinə - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol