İstedadlı heykəltaraş Samir Qaçayevin əziz xatirəsinə - FOTOLAR

Rüstəm Qasımov
Bir neçə gün əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bu təhsil ocağının məzunu, Qarabağ döyüşlərində şəhid olunmuş Samir Qaçayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. 22 yaşlı gənc Tərtər rayonunda baş verən döyüşlərdə şəhid olub. Vətənin əziz oğlu Şamaxı rayonunun doğma Məlhəm kəndində dəfn edilib.
Tədbirdə Samirlə vidalaşmaq üçün və onun xatirəsini anmaq üçün dostları, doğmaları və yaxınları əllərində gül-çiçəklə gəlmişdilər. Gözləri yaşlı insanlar hələ də Samirin yoxluğuyla barışa bilmirdilər. Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxışında bu sözləri dedi: "Biz baş verənlərdən sarsılmışıq, hisslərimizi boğmaq çətindir... Bizim tələbələrimiz çox olub, Samir də istedadıyla seçilən heykəltaraş, tərbiyəli və vergili insan idi. O, Azərbaycanın azadlığı uğrunda şəhid oldu. Allah rəhmət eləsin".
Tədbirdə Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş Samir haqqında film göstərildi, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan rejiminə qarşı etirazlar edildi.
ANN.Az portalı Qarabağ döyüşlərində həlak olmuş əsgərlərimizin ailələrinə, yaxınların, dostlarına baş sağlığı verir.
Allah rəhmət eləsin.
Sonda oxucularımıza Samir Qaçayevin sənət işlərini təqdim edirik, fotolar onun şəxsi arxivindəndir.

























www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















