• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bakıda musiqi bayramı keçirildi - FOTOLAR

Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
21.06.2016 20:42
Fransa səfirliyi yayın gəlişi münasibətilə musiqi bayramı təşkil edib.

ANN.Az xəbər verir ki, açılışda çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez musiqi bayramının keçirilməsinə ilk dəfə 30 il bundan əvvəl başlanıldığını deyib.

Səfirin sözlərinə görə, musiqi bayramı bütün musiqiçilərə açıq olan bayramdır və məqsəd gənclərə öz istedadlarını nümayiş etdirmək imkanının verilməsi, musiqini gənc auditoriyaya sevdirməkdir: "Bu bayram canlı musiqini sevdirir, musiqi janrlarını insanlara tanıdır. Ötən il 120-dən çox ölkədə musiqi bayramı keçirilib.  Musiqi bayramı bir sıra ölkələrdə, o cümlədən, Lüksemburq, İtaliya, Yunanıstan, Böyük Britaniya, Peru, Kolumbiya kimi ölkələrdə milli tədbirə çevrilib. Nyu York, Mexiko, Berlin kimi şəhərlərdə qeyd edilərək geniş vüsət alıb. Bakı da həmişə dəbdə olan tədbirləri həyata keçirməkdə birinci sıradadır. Ona görə də musiqi bayramı artıq bir neçə ildir ki, keçirilir”.

"Bu tip tədbirlərin keçirilməsi  multikulturalizmin də yüksək formada təqdim edilməsinə xidmət edir. Ümid edirəm, gələn il bu tədbiri daha geniş qeyd edəcəyik və Bakının bütün küçələrində keçirilsin. İstəyirik ki, Azərbaycan Avropa Musiqi Xartiyasını imzalasını” - deyə səfir əlavə edib.

Daha sonra tədbir Araz Hümbətov, Milan Məmmədov, Fransa liseyinin solistləri və SubHe qrupunun ifaları ilə davam etdirilib.

Orxan Aslanlı

 
 
 














Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Eldar Mikayılzadənin
Mədəniyyət 18:08
Eldar Mikayılzadənin "Nağıllar aləmi" - FOTOLAR
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
Mədəniyyət 20:54
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Mədəniyyət 14:12
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Rəfael Dadaşovun şərəfinı
Mədəniyyət 14:40
Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
Mədəniyyət 20:42
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
Mədəniyyət 22:06
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Mədəniyyət 15:13
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Mədəniyyət 18:58
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol