Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR

Bakıda Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun heykəli ucaldılıb.
"Report”un məlumatına görə, heykəl Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında qurulub.
Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Abidənin açılış mərasiminin sentyabr ayında olacağı gözlənilir.
Qeyd edək ki, Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də anadan olub, 1989-cu il iyunun 9-da dünyasını dəyişib. Məşhur müğənni sağlığında SSRİ və Azərbaycan SSR-nin bir sıra mükafatlarına layiq görülüb.
Xatırladaq ki, keçən il R.Behbudovun 100 illik yubileyi olub. 2015-ci ildə Prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, bir sıra tədbirlər keçirilib






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















