Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya üç səfər edəcəyini bildirib.Bu barədə Ermənistan mediası məlumat yayıb.
“Dekabrda üç dəfə Rusiyada olacağam. Danışıqlar üçün dekabrın 3-də, 11-də və 22-də səfər edəcəyəm”, - Paşinyan bildirib.
O, Ermənistan-Rusiya münasibətlərində dostluq mühitinin qorunub saxlanacağına ümid etdiyini də qeyd edib.
























