Xalq artisti Muxtar Maniyev vəfat etdi
![Xalq artisti Muxtar Maniyev vəfat etdi Xalq artisti Muxtar Maniyev vəfat etdi](https://anews.az/photo/850x500/2016-12/1482384912_get_img.jpg)
Xalq artisti Muxtar Maniyev vəfat edib.
Bu barədə APA-ya C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər