Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi

Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, noyabrın 28-dən dekabrın 2-dən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən YUNESKO-ya birgə təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına salınıb.
YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı YUNESKO Hökumətlərarası komitəsinin cari il noyabrın 30-da keçirilmiş sessiyasının qərarı ilə qəbul olunub.
Sözügedən nominasiya sənədi Azərbaycan Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə Milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib.
Çörək bişirmə mədəniyyətinin ölkəmizin təşəbbüsü ilə çoxmillətli ənənə kimi YUNESKO-nun Qeyri-maddi mədəni irsin Representative siyahısına verilməsində məqsəd mədəniyyətin birləşdirici, xalqlar və millətlər arasında paylaşılma gücünü nümayiş etdirərək ölkələr və xalqlar arasında tarixi bağlılığı, əməkdaşlığı eyni zamanda nominasiyanı birgə təqdim edən ölkələrin YUNESKO-nun və beynəlxalq hüququn ali prinsiplərinə etimadını birdaha sübut etmiş oldu.
YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşəramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda Lavaş bişirmə və paylaşma ənənəsindən başqa Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















