İranın "Tarkan"ı vəfat etdi - möhtəşəm dəfn mərasimi - FOTO+VİDEO

İranın sevilən pop musiqi müğənnisi Morteza Pashaei uzun sürən xərçəng xəstəliyi səbəbilə noyabrın 16-da vəfat edib.
ANN.Az xəbər verir ki, 30 yaşlı müğənninin vəfatı bütün İranı yasa döndərib.
1979-cu il İran inqilabından sonra dünyanını qapalı ölkələrindən birinə çevrilən İran İslam Respublikasında pop janrında oxuyan müğənninin dəfn mərasiminin möhtəşəm formada təşkil olunması nadir rastlanan hadisələrdəndir.Paytaxt Tehranda təşkil olunan dəfn mərasimində - qoca, cavan, qadın, kişi, mühafizəkar - hər kəsi görmək mümkün olub. Mərasim son 35 ilin ən böyük xalq hərəkatına çevrilib. 2009-cu ildəki prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq keçirilən aksiyalardan sonra ilk dəfə İran belə bir toplu ilə üz-üzə dayandı.ANN.Az