• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Milli Yaylaq Festivalı Gədəbəydə start götürəcək - FOTOLAR

Milli Yaylaq Festivalı Gədəbəydə start götürəcək - FOTOLAR
28.05.2020 21:37
Ölkəmizdə ilk dəfə olaraq  Milli Yaylaq Festivalı keçiriləcək. Festival cari ilin iyul-avqust aylarında Gədəbəy rayon Miskinli kəndində baş tutacaq. Festival milli-mədəni dəyərlərimizi, tariximizi və bir sıra ənənələrimizi özündə əks etdirəcək.  Festival  Gədəbəyə turizm axnına müsbət təsir edəcək. Bu festival rayonun turizm potensialını ölkə və beynəlxalq səviyyədə nümayiş etdirməyə imkan verəcək.
Festivalın təşkilatçıları  Gədəbəy RİH, Türkiyənin TİKA təşkilatı, Cavadxan Tarix və Mədəniyyət Fondudur.  Hazırda festivalın keçiriləcəyi ərazidə son tamamlanma işləri aparılır.

Festival əsasən 3 hissədən ibarətdir: mədəni etnoqrafik, milli yaylaq oyunları, eko-etno turizm. Festivalda 12 çadır qurulacaq.  Rəsmi hissəsi  26-28 iyulda baş tutacaq festivaldan sonra həmin çadırlar qonaqlara icarəyə veriləcək.  Çadırlara - "Xan yurdu”,  "Süvarilər” , "Vəzir yurdu”,  "Xatunlar”, "Sərkərdələr”, "Sənətkarlar”. "Ərənlər”,  "Ozanlar” və s.  kimi simvolik adlar verilib. Hər bir çadır adına uyğun bəzədiləcək.

Festivalın keçirilməsi üçün nəzərdə tutulan  etnoqəsəbənin ərazisində yaşayış yurdları (dəyələr)  ilə yanaşı, "Cıdır meydanı”, "Yaylaq  bazarı”, "Sənətkarlıq guşəsi”, "Dədə Qorqud ocağı” , "Yaylaq yatağı”,  "Pəhləvan meydanı” , "Aşıq Ələsgər ocağı”, "Yaylaq süfrəsi” və digər tematik sahələr yaradılacaq.
Festival ərzində Gədəbəyin məşhur yerlərinə ekskursiyalar, səyahətlər  təşkil olunacaq.  Festivalda iştirak pulsuzdur. Qonaqlar etnoqəsəbədə öz çadırlarını pulsuz qura  və yemək bişirə  bilərlər.  Yalnız festivalın təşkilatçıları tərəfindən qurulan çadırlar və verilən yeməklər ödənişli olacaq.  Etnoqəsəbədə gecələmək haqqı yemək daxil olmaqla 150-250 manat arası təşkil edəcək.  

Festivalda 16 ölkədən qonaqların iştirakı gözlənilir.  Onların  arasında türk dilli ölkələr üstünlük təşkil edir.
Festival sentyabrın ilk 10 günlüyünə kimi davam edəcək. 
 
Zaur Qənbərov
 











www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Cəmiyyət 07:20
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Həsən Turabov onu işsiz qoydu, ölüm ayağında övladları ilə zarafatlaşdı - Fuad Poladova gizli gül göndərən Xalq artisti
Mədəniyyət 10:20
Həsən Turabov onu işsiz qoydu, ölüm ayağında övladları ilə zarafatlaşdı - Fuad Poladova gizli gül göndərən Xalq artisti
Tarixi fotolarımızı rəngləyən sənətkarlar -  VİDEO
Mədəniyyət 11:59
Tarixi fotolarımızı rəngləyən sənətkarlar - VİDEO
Mədəniyyət 07:59
"Eurovision 2018” mahnı müsabiqəsinin qalibi bu ölkə olub - VİDEO + FOTOLAR
Unibank ADR yaradıcılarına dəyər verdi - FOTO
Mədəniyyət 05:51
Unibank ADR yaradıcılarına dəyər verdi - FOTO
Emil Xəlilovun
Mədəniyyət 23:06
Emil Xəlilovun "Təbiət çalarları" sərgisindən FOTOLAR
Milli Yaylaq Festivalı Gədəbəydə start götürəcək - FOTOLAR
Mədəniyyət 21:37
Milli Yaylaq Festivalı Gədəbəydə start götürəcək - FOTOLAR
Şəkinin deputatı Bakının ən prestijli otelində oğluna dəbdəbəli toy keçirdi — VİDEO+FOTO
Cəmiyyət 13:20
Şəkinin deputatı Bakının ən prestijli otelində oğluna dəbdəbəli toy keçirdi — VİDEO+FOTO
Nigar Bahadırqızı:
Mədəniyyət 10:23
Nigar Bahadırqızı: "Mən heç vaxt o aktyorun tamaşasına getmərəm. O, tərbiyəsizlik və söyüşü təbliğ edir" – MÜSAHİBƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol