• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Xalq artistinin qızına cinayət işi açıldı

Xalq artistinin qızına cinayət işi açıldı
27.04.2021 20:29
Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıqovun qızı barəsində cinayət işi başlanılıb.
Anews.az-ın məlumata görə, xalq artistinin qızı Tamilla Sadıqova səhlənkarlıqda ittiham olunur.

T. Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də "Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib. Qida qəbulundan sonra isə texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.

Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra "Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

Faktla bağlı araşdırma aparılıb.

T. Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb.

T. Sadıqova barəsində cinayət işinin istintaqı başa çatıb, iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aygün Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 28-ə təyin edilib.

İş üzrə "Yüksəliş” İB və 70 zərərçəkən var.
Mənbə: APA


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol