• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"Azərxalça" ASC bu ili mənfəətsiz bitirəcək

31.05.2021 15:09
"Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2021-ci ili mənfəətsiz bitirəcəyini proqnozlaşdırır, bu barədə  "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Anews.az-ın suallarına whatsapp vasitəsi ilə verdiyi  cavabda bildirilir. 

"2020-ci ildə emalatxanaların işləmədiyini nəzərə alanda  mənfəətdən danışmaq mümkün deyil. Həmçinin pandemiyanın fəsadları xammal təchizatında, avadanlıqların quraşdırılmasında da  özünü göstərib.  Fəaliyyətimiz bu ilin aprelində bərpa olunub.Bundan sonra cəmiyyətin  əsas məqsədlərindən biri Azərbaycan xalçalarının xaricə ixracını  yenidən təşkil etməkdir.  Hazırda bazarı incələyirik, daha çox hansı xalçalara və naxışlara təlabat olduğunu  araşdırırıq. Yeni qiymətlər də bundan sonra bəlii olacaq”,  - deyə "Azərxalça” ASC-nin göndərdiyi cavablarda bildirilib. 

"Azərxalça” ASC Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnamə və strukturu təsdiq edilib. Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. 



"Azərxalça” -nın ilk filialı 2016-cı ilin noyabrında Füzuli rayonunun Horadiz şəhərində açılıb.  

"Cəmiyyətin Azərbaycanın 20 regionunda 21 filialı, 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi fəaliyyət göstərir. 2017-ci ildə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanaları yaradılıb. 2018-ci ilin sonunda Səhmdar Cəmiyyətin daha 10 xalça emalatxanasının – Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Cəbrayıl, Lənkəran filiallarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda "Azərxalça”da 1.400 nəfərdən çox işçi çalışır", - deyə  "Azərxalça” ASC- məlumat verir. 

Cəmiyyətdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə filalların açılması nəzərdə tutulur. Belə ki,  Ağdamda və Horadizdə ASC filialları fəaliyyət göstərir, Şuşada yeni filialın açılması planlaşdırılır. 



 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Heykəltaraş Natiq Əliyev  beynəlxalq müsabiqənin laureatı seçilib
Mədəniyyət 21:25
Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol