• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Türkiyəli müğənni Bakının 100 min avroluq təklifindən İMTİNA ETDİ

Türkiyəli müğənni Bakının 100 min avroluq təklifindən İMTİNA ETDİ
28.06.2021 13:44
Türkiyənin məşhur müğənnisi, meqa-star Ajda Pekkan Qurban bayramı günlərində Azərbaycanda hansısa əyləncə mərasimində çıxış etmək təklifi alıb. Türkiyə KİV-lərinin xəbərlərinə görə, ona 100 min avro qonorar vəd edilib. Lakin müğənni bu təklifdən imtina edib, çünki bu yay ayları ərzində Bodrumdan kənara çıxmaq fikrində deyil və bütün yayı oradakı villasında keçirəcək.


Dəvətin hansı otel və ya fərdi şəxs tərəfindən edildiyi göstərilmir. Ajda Pekkan ötən ilin payızında Qarabağda müharibə gedərkən Azərbaycana dəstək mesajları ilə çıxış etmişdi. Düşmən Gəncəni gecə yarısı ballistik raketlə atəşə tutaraq onlarla dinc sakinin ölümünə səbəb olanda müğənni özünün İnstagram səhifəsindən yazmışdı: "Azərbaycanlı qardaşlarıma gecə yarısı yataqda üzərlərinə bomba atılmasını şiddətlə qınayıram. Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar diləyirəm”.


Ajda Pekkan daha sonra "Dünyamıza sülh və barış” arzu edib, Türkiyə olaraq daim Azərbaycanın yanında olacaqlarını ifadə edib. Həmin günlərdə Türkiyə mediası yazıb ki, Ajda Pekkan Azərbaycana sözlə dəstək verməklə kifayətlənməyib və Orduya Yardım Fonduna 400 min dollar ianə edib. Hərçənd müğənninin özünün bu haqda paylaşımı və ya açıqlaması yoxdur.(virtual)



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol