Türkiyənin tanınmış rejissoru və aktyoru vəfat edib
![Türkiyənin tanınmış rejissoru və aktyoru vəfat edib Türkiyənin tanınmış rejissoru və aktyoru vəfat edib](https://anews.az/photo/850x500/2021-07/1625205506_e8b8486d-0afb-3e13-9ad3-2cbd4da557ce_850.jpg)
Türkiyənin tanınmış rejissoru, ssenaristi və aktyoru Kartal Tibet 83 yaşında vəfat edib.
"Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə aktrisa Civan Canova instaqram səhifəsində yazıb.
"Gülə-gülə Kartal ağabəyim, səndən ötür çox darıxacağam”, - qeydi ilə o, tanınmış sənətkarın vəfatı xəbərini paylaşıb.
Kartal Tibet 1938-ci ildə Ankarada anadan olub. Türkiyə istehsalı olan 200-ə yaxın filmdə iştirak edib. Oynadığı və rejissoru olduğu filmlər Türkiyənin Yeşilcamının klassikalarına daxil edilib. O, Ankara Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsini bitirib. Tibet 1961-ci ildə Ankaranın ilk özəl Meydan səhnəsi teatrının qurucularından olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)