• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul”

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul”
31.07.2021 17:34
Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib.

ARB-də yayımlanan "Elgizlə izlə” verilişinin qonağı olan ifaçı ölkə başçısına təşəkkür edib.

Ali Baş Komandana hərbi salam verərək çıxışına başlayan Flora Kərimova bildirib ki, dövlət başçısı bu diqqəti onun əsgərinə verib:

"Dövlət başçımız millətimi, xalqımı sevindirdi. Ali Baş Komandan bu diqqəti onun əsgərinə verdi. Adətən məni sənətkar kimi tərifləyəndə, deyirəm, sənətkarı tərifləməzlər. O istedadı Allah verir. Ancaq istedada qiymət verməyə ürək lazımdır. Biz naxışlı millətik. Naxışlı millətik ki, bizim siz varsınız. Mən düşünürdüm ki, bu dünyadan Şuşanı görmədən gedəcəm. Siz mənə arxayınlıq bağışladınız. Bu gün anamın ruhunu təbrik etdim. Məni anamın yanında xəcalətli qoymadınız. Ancaq valideyn itirən övlad bilər mənim yanğımı. Birinci sözüm o oldu ki, ana, bağışla, bu günə qədər olan sevinclərimi sənsiz yaşayıram. İndi hamınızın qarşısında deyirəm:  Analar, bağışlayın ki, bu torpaq sizi övladsız qoydu, torpağı sizə ərmağan elədi. Çünki ən böyük oğlunuz, ağlı, savadı, iradəsi ilə bu millətin qarşısında gedirdi. Mən sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın sizin kimi oğlu var!”

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Prezidentin fərdi təqaüdü də verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol