“Üzüklərin hökmdarı” serialı gələn ildən Böyük Britaniyada çəkiləcək
![“Üzüklərin hökmdarı” serialı gələn ildən Böyük Britaniyada çəkiləcək “Üzüklərin hökmdarı” serialı gələn ildən Böyük Britaniyada çəkiləcək](https://anews.az/photo/850x500/2021-08/1628843737_b4e23247-fb4b-3f9a-99e8-1c8bd4056cad_850.jpg)
"Amazon” şirkətinin TV və film istehsalı bölməsi məşhur "Üzüklərin hökmdarı” ("The Lord of the Rings”) serialının çəkilişləri Böyük Britaniyada baş tutacaq.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, birinci mövsümün çəkilişləri avqustun 2-də başa çatıb və növbəti çəkilişlər sentyabrda başlanacaq. Çəkilişlərin yekun mərhələsi 2022-ci ilin iyun ayınadək Yeni Zelandiyada davam etdirilsə də, ikinci mövsümün çəkilişləri Böyük Britaniyada aparılacaq. Bu barədə şirkət açıqlama verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)