• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək

IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək
01.09.2021 11:35
Sentyabrın 3-dən 7-dək Bakıda offline (canlı) formada IV "Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Anews.az xəbər verir ki, festivalın bu ilki mövzusu "Əlillik” adlanır.

Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş  yerli və xarici animasiya filmlərini təqdim edəcək. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafatlar uğrunda yarışacaqlar.  Festivalda Polşa, Özbəkistan, Fransa filmləri və animasiya vorkşopları nümayiş olunacaq. Açılış və bağlanış mərasimləri Azərbaycan və ingilis dilində, işarə dili müşayiəti ilə keçiriləcək.  Müsabiqə proqramının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə, bəzi xarici filmlər isə azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.

Festival Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı, Salaam Cinema və ARTIM Layihə məkanında baş tutacaq. 

Festivalın tədbirlərinə giriş ödənişlidir. Biletləri https://hadigro.com/en/activities/3305b1f/animafilm-festivali-4-cu-animafilm-beynelxalq-animasiya-festivali linkininə daxil olaraq əldə etmək olar. Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək. Əlilliyi olan şəxslərin ifestivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcək. 

Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək.

Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək
Mədəniyyət 11:35
IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək
“Sehirli Xalat”ın Rəşidi: “Anam zəng vurdu ki, Bakıya qayıtma...”
Mədəniyyət 10:48
“Sehirli Xalat”ın Rəşidi: “Anam zəng vurdu ki, Bakıya qayıtma...”
Sevgi dolu
Mədəniyyət 10:45
Sevgi dolu "Sevirəm" parkından - FOTOREPORTAJ
Azərbaycanlı müğənni Türkiyədə xəstəxanaya yerləşdirildi  - FOTO/VİDEO
Mədəniyyət 04:32
Azərbaycanlı müğənni Türkiyədə xəstəxanaya yerləşdirildi - FOTO/VİDEO
Dünən
Mədəniyyət 04:31
Dünən "Xalq şairi" adı aldı, bu gün xəstəxanaya yerləşdirildi - FOTO
Leyla Əliyeva fotosərgi açılışında - Foto
Mədəniyyət 01:04
Leyla Əliyeva fotosərgi açılışında - Foto
Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ
Mədəniyyət 23:20
Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü - FOTO
Mədəniyyət 11:18
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol