• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - NAZİRLİKDƏN AÇIQLAMA

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - NAZİRLİKDƏN AÇIQLAMA
06.09.2021 17:51
Bir neçə gün öncə 40 mərasimi baş tutan mərhum xalq artisti Səməd Səmədova məzar daşı qoyulmayıb, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarının 40 mərasiminə çağırılmadığını deyib.

O, bu məsələnin Mədəniyyət Nazirliyi tərəfindən diqqətə alınmalı olduğunu bildirib:

"Açığı, məzar daşı ilə bağlı məlumatım yoxdur. Hələ də niyə qoyulmayıb bilmirəm. Heç mənim 40 mərasimindən belə xəbərim olmayıb, gərək məni çağırardılar. Heç çağıran olmayıb, mən də getməmişəm, sonradan xəbər tutdum ki, 40 mərasimi olub, keçib. Səməd Səmədov xalq artisti idi, əgər həyat yoldaşının, ailəsinin məzar daşı qoydurmağa maddi imkanı yoxdursa, gərək dövlət tərəfindən yardım olunsun. Mənim tanıdığım bir neçə sənətçi olub ki,  ailəsinin maddi imkanı yaxşı olmayıb deyə, Mədəniyyət Nazirliyindən yardım edilib. Səməd Səmədovun da yəqin ki, ailəsinin imkanı yoxdur. Çünki yazıq prezident təqaüdü almırdı. Gərək bu işdə Mədəniyyət Nazirliyi onun ailəsinə dayaq olsun. Hələ 40-ı təzə çıxıb, İnşallah, ilinə qədər məzar daşı qoyular. İnanıram ki, Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı bir ölçü götürər”.

Məsələ ilə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin mətbuat xidmətindən anews.az-a bildirildi ki, ailə maddi dəstək üçün quruma müraciət etməyib və Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol