Rəfiqə Axundovaya “Şöhrət” ordeni belə təqdim edildi - Foto
![Rəfiqə Axundovaya “Şöhrət” ordeni belə təqdim edildi - Foto Rəfiqə Axundovaya “Şöhrət” ordeni belə təqdim edildi - Foto](https://anews.az/photo/850x500/2021-09/1631299538_051.jpg)
Görkəmli baletmeyster, Xalq artisti Rəfiqə Axundova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Rəfiqə Axundova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Rəfiqə Axundovanın həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədov ilə birgə quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl” və "İldırımlı yollarla” baletləri ən nüfuzlu teatr səhnələrini bəzəyən gözəl sənət əsərlərinə çevrilib.
![](https://anews.az/file/articles/2021-09/1631299538_051.jpg)
![](https://anews.az/file/articles/2021-09/1631299498_00.jpg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər