Nazirlik Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı
![Nazirlik Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı Nazirlik Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı](https://anews.az/photo/850x500/2021-10/1633113422_seyyad.jpg)
Mədəniyyət Nazirliyi tanınmış müğənni Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yayıb.
Anews.az xəbər verir ki, nekroloqda deyilir:
Müğənni Səyyad Əlizadə ömrünün 63-cü ilində vəfat edib.
Sənətçi 1958-ci il avqustun 6-da Füzuli rayonunun Babı kəndində anadan olub.
İlk təhsilini Babı kəndindəki orta məktəbdə alan S.Əlizadə uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır.
1987-ci ildə ilk albomu işıq üzü görür.Mərhum sənətçi "Gözlərimin yaşı”, "Bəyaz gecələr”, "Gül ki, ürəyim gülsün”, "Bizim Metropoliten” kimi mahnıların ifaçısı olub.
Allah rəhmət eləsin!”
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)