Bu televiziya kanalına yeni direktor təyin edilib
![Bu televiziya kanalına yeni direktor təyin edilib Bu televiziya kanalına yeni direktor təyin edilib](https://anews.az/photo/850x500/2021-10/1634649433_340fca41-182c-3f23-b3d2-dc37cfe4150e_850-1.jpg)
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin "Mədəniyyət” telekanalına yeni direktor təyin olunub.
"AzTV"nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumata görə, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib.
Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)