• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ermənistan uşaq qatilidir - FULYA ÖZTÜRK

Ermənistan uşaq qatilidir - FULYA ÖZTÜRK
31.10.2021 23:23
Bakıda Nizami Kinoteatrında "Fulya" filminin təqdimatı keçirilib. Rejissorlar Aykut Taşkın və Tahir Tahiroviç olan film İkinci Qarabağ savaşında baş verən hadisələri işıqlandıran Türkiyə jurnalisti Fulya Öztürkün fəaliyyətinə həsr edilib. 
 
Biz həmişə kameraman Halil Kahramanla çiyin-çiyinə işləmişik. Onunla 44 gün boyunca Azərbaycanda çox ağır hadisələrə şahidlik etdik", - bunu Anews.az-a təqdiatda iştirak edən  türkiyəli jurnalist Fulya Öztürk deyib. 

O bildirib ki, belə bir filmin çəkilməsi Qarabağ müharibəsinin tarixinin işıqlandırılması baxımından olduqca əhəmiyyətlidir.
 
"Açığı filmə mənim adımın verilməsinə əvvəl razı olmadım. Lakin Qarabağ savaşında gözümün önündə yaşananları gördükcə peşə həyatımda ilk dəfə əsəb keçirdim. Ermənistanın Bərdədə, Gəncədə törətdikləri gözümün qabağında baş verdi.  Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu film də Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm". 
 
Filmdə əvvəlcə ikinci Qarabağ savaşı zamanı Ermənistan  silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış Azərbaycanın Gəncə və Bərdə şəhərlərində baş verən hadisələr, daha sonra isə jurnalistin işğaldan azad edilmiş Ağdama və Şuşaya səfəri nümayiş olunur.
 
Filmin sonunda isə müharibədə həlak olan Azərbaycan şəhidlərinin ad və soyadları ekrana gəlir. 

Türkiyəli jurnalist filmdə 44 günlük Vətən müharibəsində nələr yaşadığı əksini tapıb. 
 
"Müharibə zamanı faciələri görməklə yanaşı, şükür ki, zəfəri də yaşadıq. Ermənistan bir uşaq qatilidir, bunu bütün dünya bilməlidir. Amma Zəfər günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı, filmdə də yaşadığım hissləri anlatmağa çalışmışıq. Lakin bir məsələni də vurğulamaq istəyirəm ki, əsas qəhrəmanlar biz deyilik, əsəs qəhrəmanlar bu zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir. Nə mutlu ki, Qarabağ Azərbaycandır".
 
Təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov, incəsənət xadimləri və media nümayəndələri iştirak edib. Filmin çəkilişi Mədəniyyət NAzirliyi tərəfindən elan edilən müsabiqə çərçivəsində maliyyələşib. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol