• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakı beynəlxalq mükafata layiq görüldü

Bakı beynəlxalq mükafata layiq görüldü
01.11.2021 22:54
Bakı şəhəri "Uzakrota” platformasının təşkil etdiyi səyahət mükafatları çərçivəsində "Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri” nominasiyası üzrə qalib elan olunub.
 
Dövlət Turizm Agentliyindən Anews.az-a verilən məlumata görə, bu nominasiyada qlobal səviyyədə səsvermə prosesi cari ilin oktyabr ayı ərzində keçirilib.
 
Eyniadlı nominasiya üzrə ikinci və üçüncü yerləri isə İstanbul və Amsterdam şəhərləri tutub.
 
Müsabiqədə 53 kateqoriya üzrə namizəd olan mindən çox turizm destinasiyası, hotel, hava yolu şirkəti, turoperator, onlayn səyahət platforması və başqa növ turizm təsisatları iştirak ediblər.
 
Türkiyənin səyahət və işgüzar tədbirlər üzrə aparıcı platformalarından biri olan  "Uzakrota” artıq 11 ildir ki, "Beynəlxalq Səyahət Mükafatları” tədbirini təşkil edir.
 
"Uzakrota” tədbiri 2018, 2019 və 2020-ci illərdə fərqli platformalar tərəfindən dünya miqyasında ən nüfuzlu tədbirlərdən biri seçilib.

Ölkəmizin turizm imkanlarının beynəlxalq platformalar tərəfindən qiymətləndirilməsi haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın son günlərdə 4 beynəlxalq mükafata layiq görülməsinin sevindirici hal olduğunu qeyd edib.
 
Qeyd edək ki, Azərbaycan oktyabr ayı ərzində "28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2 nominasiyada, eləcə də maddi və qeyri-maddi şərabçılıq üzrə "İter Vitis” mədəni marşrutuna həsr olunmuş "Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu” nominasiyası üzrə qalib olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol