• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanda yeni film çəkilib

Azərbaycanda yeni film çəkilib
17.11.2021 13:02
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm” Kinostudiyası, "İctimai TV” və "Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalı olan "Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.
 
Kinostudiyadan verilən məlumata görə, film, uğursuz rəssam (Elşən Əsgərov) və sevgilisinin (Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
 
Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və
Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, baş prodüseri isə Fariz Əhmədovdur.
 
Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edib. Filmin 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.
 
Film rejissor Asif Rüstəmovun ikinci tammetrajlı işidir. Daha öncə ərsəyə gətirdiyi ilk tammetrajlı bədii filmi "Axınla aşağı”nın dünya premyerası 2014-cü ildə "Karlovy Vary” Beynəlxalq Film Festivalının müsabiqə bölümündə baş tutmuşdu. Film daha sonra bir çox prestijli festivallara dəvət alaraq, müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol