• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ötən il muzeyləri ziyarət edənlərin sayı açıqlanıb - SORĞU

Ötən il muzeyləri ziyarət edənlərin sayı açıqlanıb - SORĞU
06.01.2022 13:25
2021-ci ildə geridə qalan illərə nəzərən ziyarətçi sayında azalma müşahidə olunub. Bəs görəsən, ötən il Azərbaycan muzeyləri nə qədər ziyarətçi qəbul edib?
APA muzeylər arasında apardığı sorğu aparıb.
 
Sorğunu təqdim edirik:

2021-ci ildə Azərbaycan Milli Xalça Muzeyində ziyarətçi sayı 14 398 nəfər olub.

Milli Azərbaycan Tarixi Muzeyində isə il ərzində 1300 ekskursiya aparılıb və 5500 ziyarətçi qəbul edilib.

Azərbaycan İstiqlal Muzeyindən verilən məlumata görə, ötən il muzey 2585 ziyarətçi qəbul edib, 106 ekskursiya təşkil olunub.

Hərb Tarixi Muzeyində isə ötən il 115 ekskursiya təşkil edilib və muzey 2 518 ziyarətçi qəbul edib.

Milli İncəsənət Muzeyində ötən il 552 ekskursiya baş tutub və muzeyi 12 888 nəfər ziyarət edib.

"İçərişəhər” Muzey Mərkəzindən verilən məlumata görə, ötən il 147 076 nəfər "Qız Qalası”, "Şirvanşahlar Sarayı Kompleksi”, "Yeraltı Hamam”,
"Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğu və "Bakı Fotoqrafiya Evi”ni ziyarət edib. Bu ziyarətçilərdən 29 196 nəfəri "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun payına düşür ki, onun da 1292 nəfəri xarici turist olub.

Region muzeylərinə də pandemiya təsirsiz ötüşməyib.
 
Masallı Tarix-Diyarşünaslıq Muzeyindən  verilən məlumata görə, ötən il muzeydə 368 ekskursiya aparılıb və 5 462 nəfər ziyarətçi qəbul edilib. "Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi isə 758 yerli, 9 xarici ziyarətçi qəbul edib.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində göstəricilər bir qədər yüksəkdir. Belə ki, ötən il muzeyi 213 xarici, 7 040 nəfər yerli turist olmaqla ümumilikdə 7253 nəfər turist qəbul edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda ölkə muzeylərinin ziyarətçi sayı üzrə statistika nəticələri toplanır. Məlumatda həmçinin o da qeyd olunub ki, son illərdə ziyarətçi qəbuluna görə, birincilik Azərbaycan Milli Xalça Muzeyində olub. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Heykəltaraş Natiq Əliyev  beynəlxalq müsabiqənin laureatı seçilib
Mədəniyyət 21:25
Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol