• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Aydın Balayevin "Azərbaycan türkləri" monoqrafiyası nəşr edilib

Aydın Balayevin
17.01.2022 10:49
Tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri" monoqrafiyası nəşr edilib.
 
JekoPrint Çap Evi  tərəfindən çap edilən kitab Cənubi Qafqazda ən çoxsaylı millət olan Azərbaycan xalqının XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr olunub. 


Tədqiqatda həmçinin zamanında Cənubi Qafqazın şərqində yerləşən Vətənimizin yaradılmasında rola malik olan və varisi sayıldığımız Azərbaycan türklərinin qədim köklərinə də müəyyən diqqət ayrılıb. Kitabda  Azərbaycan etnosunun formalaşmasının əsas mərhələlərinin izləndiyi qısa tarixi ekskurs da oxucuların diqqətinə təqdim olunur. 


Lakin tədqiqatın əsas məqsədi Azərbaycan xalqının formalaşmasında əsas rola malik olan XIX–XХ əsrlərin sonlarında baş vermiş köklü sosial-iqtisadi və mədəni dəyişiklikləri dərk etmək və işıqlandırmaqdır. Kitabda Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesi araşdırılıb.


Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab rus dilindədir.


Bu əsər alimin həyatının son günlərində bitirdiyi, amma çap eləməyə zamanı çatmayan 3 əsərindən biridir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Cəmiyyət 07:20
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Mədəniyyət 14:25
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Azərbaycanda ilk dəfə müstəqil teatrlar fəaliyyətə başladı
Mədəniyyət 17:42
Azərbaycanda ilk dəfə müstəqil teatrlar fəaliyyətə başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol