• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Qarabağla bağlı 2 animasiya filmi çəkiləcək

Qarabağla bağlı 2 animasiya filmi çəkiləcək
20.02.2022 11:06
"2022-ci il ərzində Mədəniyyət Nazirliyi müxtəlif mövzulu və metrajlı filmlərin istehsalı ilə bağlı müsabiqələr elan edəcək. Bu müsabiqələr nəticəsində qalib olan layihələrin animasiya və Qarabağ mövzusunda olacağı da istisna deyil”.
 
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildiriblər.
 
Qeyd edilib ki, ötən il müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.
 
"Bu 11 filmdən ikisi animasiya filmidir. Qeyd edək ki, bu filmlərdən biri "Qarabağ nağılı”, digəri isə "Tarix” adlanır.
 
"Qarabağ nağılı” adlı layihə "Birlik” studiyasının istehsalıdır. Filmin rejissoru və ssenari müəllifi Firəngiz Qurbanovadır. Film zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır.
 
"Tarix” filminin rejissoru Ceyhun Türksoy, ssenari müəllifi Orxan Behbiddir. Film "OB film” studiyasının istehsalıdır. Film Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən balaca oğlan haqqındadır.
 
Hər iki film bu ilin ilk yarısında təhvil veriləcək, daha sonra isə azyaşlı tamaşaçılara təqdim olunacaq”, – deyə əlavə edilib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol