• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Əlibaba Məmmədov Fəxri xiyabanda dəfn olunacaq

Əlibaba Məmmədov Fəxri xiyabanda dəfn olunacaq
26.02.2022 09:41
Xalq artisti Əlibaba Məmmədov Fəxri xiyabanda dəfn olunacaq, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə "Azkonsert birliyi”nin solisti olub.

O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

Xanəndənin xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adları, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), "İstiqlal" ordeni (3 fevral 2010), "Şərəf" ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb.
 
Məmmədov fevralın 25-də 92 yaşında vəfat edib.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol