Bakıda gənc ifaçılar Zərrin Əliyeva və Orxan Hüseynov konsert verib - FOTOLAR
![Bakıda gənc ifaçılar Zərrin Əliyeva və Orxan Hüseynov konsert verib - FOTOLAR Bakıda gənc ifaçılar Zərrin Əliyeva və Orxan Hüseynov konsert verib - FOTOLAR](https://anews.az/photo/850x500/2022-05/1653639443_zerrin6.jpeg)
Bakıda məşhur Kapelhausda Azərbacan Mədəniyyət Nazirliyinin dəstəyiilə həyata keçirilən "Gənclərə dəstək layihəsi" çərçivəsində gənc ifaçılar Zərrin Əliyeva və Orxan Hüseynovun konserti keçirilib.
Konsertdə Azərbaycan, Rusiya və Qərbi Avropa bəstəkarlarının əsərləri ifa edilib.
Hər iki ifaçı prezidet təqaüdçüsüdür.
Zərrin Əliyeva siripka ustasıdır. O, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunudur. Gənc ifaçıların II Respublika, VI Beynəlxalq "Bravo" müsabiqəsində öncül yerlər tutub. 2016-cı ildə keçirilən "Bakı Payızı" festivalında isə Zərrin Əliyeva birinci yeri tutub.
![](https://anews.az/file/articles/2022-05/1653639163_whatsapp-image-2022-05-27-at-12.36.04-am.jpeg)
Orxan Hüseynov violonçel ifaçısıdır. O Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsində təhsil alıb. Rostropoviç adına "Gənc ifaçıların I Bakı müsabiqəsi", Əliverdibəyov adına gənc ifaçıların V ümumbəşər müsabiqəsi", Qara.Qarayev adına "Təhlil və ifa edir gənc musiqiçilər" II Respublika elmi-ifaçılıq müsabiqəsində I yerə layiq görülüb.
![](https://anews.az/file/articles/2022-05/1653639327_zerrin2.jpeg)
Belçikada keçirilən "musica Mundi" festivalında iki dəfə Azərbaycanı uğurla təmsil edib. 2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
![](https://anews.az/file/articles/2022-05/1653639328_zerrin4.jpeg)
![](https://anews.az/file/articles/2022-05/1653639354_zerrin3.jpeg)
![](https://anews.az/file/articles/2022-05/1653639355_zerrin5.jpeg)
![](https://anews.az/file/articles/2022-05/1653639486_zerrin9.jpeg)
![](https://anews.az/file/articles/2022-05/1653639502_zerrin7.jpeg)
![](https://anews.az/file/articles/2022-05/1653639506_zerrin8.jpeg)
N.Təbrizli
Foto: Orxan Əzim
Tahir Tahiroviç
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)