Azər Paşa Nemətov vəfat edib
![Azər Paşa Nemətov vəfat edib Azər Paşa Nemətov vəfat edib](https://anews.az/photo/850x500/2023-04/1681061452_asdads.jpg)
Xalq artisti Azər Paşa Nemətov vəfat edib.
Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.
O bildirib ki, teatrın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov bu gün 75 yaşında dünyasını dəyişib.
Mədəniyyət Nazirliyi Xalq artisti Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq yayıb.
1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə "Şöhrət”, 2022-ci ildə "Şərəf” ordenlərinə layiq görülüb.
Azər Paşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)