• $
  • €
  • ₽
  • ₺
  • £

Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
23.11.2025 13:13

Mətbuatın “dördüncü hakimiyyət” kimi qəbul edildiyi dövrün ənənəvi anlayışları artıq dəyişməkdədir. Bunu Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış publisist Müsəllim Həsənov  "Gilavar" "YouTube" kanalında vurğulayıb.

Həsənov bildirib ki, xüsusilə ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra mətbuat sahəsinə dövlət münasibətlərində ciddi dönüş baş verib:

“Amerikanı həmişə demokratiyanın beşiyi və söz azadlığının carçısı hesab edirdik. Demokratiyanın əsas elementlərindən biri azad mətbuatdır. Lakin bu gün Tramp Ağ Evdə jurnalistləri toplayır, xoşuna gəlməyən suallar verildikdə onları təhqir edir, bəzi qəzetləri ‘fake’ adlandırır. Bu, mətbuatın dünyadakı rolunun dəyişdiyini göstərir.”

Publisistin sözlərinə görə, əgər özünü demokratiyanın əsas müdafiəçisi kimi təqdim edən ABŞ mətbuata bu cür yanaşırsa, digər ölkələrdə vəziyyətin daha fərqli olacağı gözləniləndir:

“Görünür, zaman dəyişir və bu dəyişikliklər media sektorunda da özünü qabarıq şəkildə göstərir.”

Ətraflı Youtube linkdə: 

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol