Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Azərbaycanda kinoteatrlarda nümayiş etdirilən milli filmlərin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 127-dən 123-ə düşüb, ümumilikdə nümayiş olunan filmlərin sayı isə artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2025-ci ildə kinoteatrlarda 671 film nümayiş olunub. Bu, 2024-cü ildəki 622 filmdən 7,9% çoxdur. Milli filmlərin sayı isə 3,1% azalıb.
Xarici filmlərin sayı 495-dən 548-ə yüksəlib. Milli filmlər 2025-ci ildə nümayiş olunan filmlərin təxminən 18%-ni təşkil edib.
2024-cü ildə bu göstərici təxminən 20% olub.
Kinoteatrlara gələn tamaşaçıların sayı da azalıb. 2024-cü ildəki 1,952 milyon nəfərdən 2025-ci ildə 1,711 milyon nəfərə düşüb.
Kinoteatrların sayı 7, zal sayı isə 84 olaraq dəyişməyib.
Gülnar Nazimqızı