Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb

Azərbaycanda keçirilən əməliyyatlar zamanı 104 kiloqram narkotik vasitə və 8 070 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb, Daxili İşlər Nazirliyi (DİN) bildirib.
DİN-in məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı, Gəncə, Abşeron, Qobustan və Salyanda keçirdiyi əməliyyatlar zamanı səkkiz nəfər, o cümlədən bir İran vətəndaşı saxlanılıb.
İstintaqın ilkin məlumatına görə, saxlanılan şəxslər xaricdə yaşayan narkotik tacirlərinin göstərişi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinirlər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
























