• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
29.10.2026 21:34

Mədəniyyət Nazirliyi Xalq artisti, müğənni Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb, onun 2026-cı il oktyabrın 29-da, ömrünün 75-ci ilində vəfat etdiyi bildirilib.

Qeyd olunub ki, Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub.

Bakı Kitabxanaçılıq Texnikumunda təhsil aldıqdan sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda, daha sonra Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal şöbəsində təhsilini davam etdirib.

Müğənni gənc yaşlarından Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının solisti kimi fəaliyyət göstərib. Müxtəlif illərdə Azərbaycan Dövlət Mahnı Teatrında və hərbi musiqi kollektivlərində çalışıb. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

Nekroloqda bildirilib ki, Zaur Rzayev özünəməxsus ifa tərzi, məlahətli səsi və zəngin repertuarı ilə Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutub. O, xalq və bəstəkar mahnılarını, muğam və təsnifləri ifa edərək musiqisevərlərin rəğbətini qazanıb.

Sənətkarın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1998-ci ildə “Əməkdar artist”, 2003-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Həmçinin Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adları ilə təltif olunub.

Mədəniyyət Nazirliyinin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Zaur Rzayev oktyabrın 29-da vəfat edib. Dəfn və vida mərasiminin tarixi ilə bağlı məlumatın dəqiqləşdirildikdən sonra ictimaiyyətə açıqlanacağı bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Xalidə Gözəl vəfat edib
Mədəniyyət 17:50
Xalidə Gözəl vəfat edib
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol