• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...

Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
30.11.2024 13:36
Sevilən mahnıların müəllifi və ifaçısı, Sivva səhnə adı ilə tanınan bəstəkar və müğənni Sevinc Ağasıyeva istedadlı şair, yazıçı və tərcüməçi Cəlil Cavanşirlə növbəti iş birliyini təqdim edib. 

Şair tərəfindən qələmə alınan "Nə isə olur belə şeylər” şeirinə eyni adlı mahnı bəstələnib və klip lentə alınıb. Ekran işində şairin elə özü də rol alıb. 

"Mənim Cəlil Cavanşirə çox böyük hörmətim var. Artıq neçənci şeirlərinə mahnı bəstələyirəm. Biz düşündük ki, klipdə elə özü çəkilsin. Təklifimizi qəbul etdi. Düşünürəm yaxşı və keyfiyyətli iş alınıb. Xoş izləmələr – deyə Sivva bildirib.   

Cəlil Cavanşir isə şeirin kimə ünvanladığını gizli saxlayacağını bildirib:
 
"Özü bilir kimə həsr etmişəm. (Gülür). Bu şeirin maraqlı taleyi var. Mən çox şadam ki, Sivvayla artıq ikinci layihəmizdir. Bundan əvvəl mənim "Keçmiş sevgilim” adlı şeirimə Sivva tərəfindən yazılan musiqi kifayət qədər maraqla qarşılandı və sevildi. İnanırıq ki "Nə isə” də belə olacaq.

Qeyd edək ki, "Nə isə” adlı klipdə çəkilişlər fərqli məkanlarda baş tutduğu üçün müğənni ilə şair üz-üzə gəlməyiblər. Klipin sonunda Cəlil Cavanşirin halı pisləşir və ona təcili yardım gəlir. Əslində nələrin baş verdiyini bilmək üçün klipi izləyin.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol