• $
  • £

Birinci uşaq rəqs festivalı başa çatıb

Birinci uşaq rəqs festivalı başa çatıb
18.11.2025 21:43

Bakıda Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunan “1-ci Uşaq Rəqs Festivalı” yekunlaşıb.

Festival uşaqların yaradıcılığını, rəqs mədəniyyətinə marağını və kollektiv fəaliyyət bacarıqlarını təşviq etməyi hədəfləyirdi. 

Bu il tədbirə 28 komanda qeydiyyatdan keçib, onlardan 23-ü aktiv iştirakçı, 5-i isə qonaq qrup kimi çıxış edib.

 Komandalar milli və müasir rəqslərdən ibarət proqramla çıxış edərək tamaşaçılara müxtəlif nömrələr təqdim ediblər.

Festivalın sonunda komandalar arasında müxtəlif nominasiyalar üzrə qaliblər seçilib və onlara sertifikatlar, diplomlar və mükafatlar verilib.

6–9 yaş kateqoriyası üzrə qaliblər:
• I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi
• II yer – İnci Sənət Akademiyası
• III yer – İnci Sənət Akademiyası
10–14 yaş kateqoriyası üzrə qaliblər:
• I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi
• II yer – 4 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi
• III yer – Nərgiz Rəqs Qrupu

Təşkilatçılar bildiriblər ki, festivalın gələcək illərdə daha geniş miqyasda keçirilməsi və ənənəvi tədbirə çevrilməsi planlaşdırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol