“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində JIVA təmsil edəcək.Bu barədə yarışmanın Azərbaycandakı rəsmi yayımçısı İTV məlumat yayıb.
JIVA (Cəmilə Həşimova) azərbaycanlı müğənnidir.O, 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanıb.2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.
2018-ci ildə müğənni “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib. 2025-ci ildə isə Röya Ayxanın komandasında “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsinin qalibi olub.
JIVA həmçinin EMIN, Zülfiyyə Xanbabayeva, Manana, Samir Bağırov və digər sənətçilərlə birlikdə “Azərbaycan! Mən səni sevirəm” adlı vətənpərvərlik layihəsində iştirak edib.
"Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.