İki ildir ki, efir qadağası qoyulan "Kurtlar Vadisi” ekranlara geri qayıtmağa hazırlaşır.
Anews.az "Milliyet”ə istinadən xəbər verir ki, ekran işinin yenidən başlayacağı xəbəri fenomen serialın pərəstişkarlarını sevindirib. Yayımlandığı dövrdə böyük reytinq uğuru əldə edən serial rəqəmsal kanalda nümayiş olunacaq.
İddia edilir ki, 1.5 milyon üzvü olan "Netflix” abunəçi qazanmaq üçün serialın yenidən çəkilməsinə qərar verib. Necati Şaşmazın "Pana” film şirkəti artıq bir mövsümü hazır olan "Kurtar Vadisi Xaos” üçün "Netflix”lə razılığa gəlib.
2020-ci ildə yayımlanacaq serial 15 İyul dövlət çevrilişi cəhdindən sonrakı hadisələrdən bəhs edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !